Böyük Britaniyanın "Mercer Human Resource " konsaltinq agentliyi 2010-cu ildə dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin reytinq siyahısını açıqlayıb. 221 meqapolisin yer aldığı siyahının hazırlanmasında işməli suyun keyfiyyəti, zibilin vaxtında təmizlənməsi, kanalizasiya şəbəkələrinin və çirkab sularının təmizlənməsinin vəziyyəti, avtomobillərin hərəkət intensivliyi və bununla əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi kimi parametrlər nəzərə alınıb.
Ekspertlər şəhərlərdə gurultunun səviyyəsini, habelə bərpa olunan enerji mənbələrindən istifadənin səviyyəsinı də nəzərə alaraq, Kanadanın Albert əyalətinin ən iri şəhəri olan Kalqarini dünyanın ən təmiz şəhəri sayıblar. 1988-ci ildə XV Qış Olimpiadası bu şəhərdə olmuşdur. Ötən əsrin ortalarında burada iri neft yataqları kəşf olunub. Kalqari Kanadanın neft sənayesi paytaxtı statusunu alsa da, bütün dünyada daha çox iri dağ-xizək kurortlarına malik ekoturizm və idmanın qış növləri mərkəzi kimi tanınıb.
Təmizkar şəhərlər sırasınada ikinci yeri Qonolulu (ABŞ, Havay adaları) tutub, üçüncü və dördüncü yerləri Ottava (Kanada) və Helsinki (Finlandiya) şəhərləri bölüşüblər.